Qaçqınlar düşərgəsində ölən, yaralanan və itkin düşənlərin sayı 1000-ə yüksəldi



 13:00 02.11.2023     657

Oktyabrın 7-də HƏMAS-ın əməliyyatına cavab verən İsrail 26 gündür Qəzzanı bombalayarkən, İsrailin son 2 gündür ardıcıl hücumlara məruz qaldığı Cibaliye Qaçqınlar Düşərgəsində ölən, yaralanan və itkin düşənlərin sayının artdığı bildirilir.

Demedia.az xəbər verir ki,  Qəzzada Səhiyyə Nazirliyinin Facebook səhifəsində yazılı açıqlama verən nazirlik sözçüsü Əşrəf əl-Qudra, "Cibaliye qırğınında şəhid, yaralanan və itkin düşənlərin sayı 1000-dir. " dedi. Kudra gecə saat 03.47-də verdiyi açıqlamada əlavə təfərrüat verməyib.

Aysun / Demedia.az