Avtobusda "səs" mübahisəsi: "O zaman taksi tut"



 22:36 02.11.2023     788

Türkiyədə avtobusda sərnişinin öz aralarında yüksək səslə danışan digər iki qadın sərnişinin narahat etməsi nəticəsində xaos yaranıb.

Demedia.az xəbər verir ki, bu yaxınlarda Beşiktaş Bebek sahil yolunda baş verən hadisədə avtobus sürən sərnişinin qarşısında oturan iki qadının yüksək səslə danışması onu narahat edib.

Narahatlığını bildirən sərnişinlə qadınlar arasında mübahisə yaranıb. Səslərin artdığı mübahisə zamanı qadın sərnişinlərdən biri mübahisə etdiyi sərnişinə “Əgər sakit getmək istəyirsənsə, taksi tut, yavaş gedə bilərsən” deyib.

Bunun üzərinə sərnişin “mən sizin qədər zəngin deyiləm, pulumu verin, buraxın” deyə cavab verib. Mübahisə avtobus sürücüsünün müdaxiləsi ilə bitib. Həmin anlar bir sərnişinin mobil telefonunun kamerasına düşüb.

Aysun / Demedia.az