Putin Rusiyanın nüvə sınaqlarının qadağası ilə müqavilənin ratifikasiyasını ləğv edib



 16:58 02.11.2023     328

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsinin ratifikasiyasını ləğv edib.

Demedia.az xəbər verir ki, Putinin imzaladığı qərara əsasən, Rusiya Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsinə verdiyi razılığı geri götürüb.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında ABŞ-ın müqaviləni heç vaxt qəbul etmədiyini və Rusiyanın müqaviləni təsdiqləməsini geri götürdüyü zaman vəziyyətin tarazlaşacağını bildirmişdi.

Nüvə silahı sınaqlarının dayandırılmasını nəzərdə tutan Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsi Rusiya tərəfindən 1996-cı ildə Nyu-Yorkda imzalanıb.

Bahadur Seyidov