Silahlılar Qəzzada İsrail əsgərlərinə hücum etdi
HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Qəzza zolağının müxtəlif ərazilərində İsrail ordusuna məxsus tank və maşınları hədəfə alıb.
Demedia.az xəbər verir ki, bu barədə “İzzəddin əl-Qəssam Briqadaları” açıqlama verib. Bildirilib ki, Qəzza zolağının şimalındakı müxtəlif bölgələrdə İsrail qüvvələrinə qarşı hücumlar təşkil edilib. Açıqlamada, Qəzzanın şimal-qərbində “Yasin-105” raketləri ilə iki tank, iki buldozer və iki maşını hədəf aldığı deyilir.
Həmçinin Qəzzanın şərqindəki Cuhr ed-Dik bölgəsində İsrail əsgərlərinə hücum təşkil edilib.
Bahadur Seyidov