"Seltik" azarkeşlərini stadiona buraxmadı



 17:25 02.11.2023     303

Şotlandiya təmsilçisi "Seltik" klubu Fələstinə azarkeşlik edən "Yaşıl Briqada" qrupunun azarkeşlərini "Sent Mirren"lə matçda stadiona buraxmayıb.

Demedia.az xəbər verir ki, “Yaşıl Briqada” azarkeş qrupu, “Seltik” idarə heyətinin tribuna qadağasının klub üçün utanverici olduğunu bildirib.

Qeyd edək ki, “Seltik” klubu Fələstini dəstəkləyən “Yaşıl Briqada” qrupunun azarkeşlərini ev matçlarına gəlməsini qadağan etmişdi. Bu qərarın UEFA Çempionlar Liqasının “Atletiko Madrid”lə oyununda azarkeşlərin tribunalarda Fələstin bayraqlarını açmasından sonra verildiyi vurğulanıb.

Bahadur Seyidov