Hizbullah İsrail PUA-sını hədəfə aldı



 16:24 02.11.2023     318

Livandakı Hizbullah silahlıları İsrailin silahlı pilotsuz uçuş aparatını vurduğunu bildirib.

Demedia.az xəbər verir ki, bu barədə Hizbullaha yaxınlığı ilə tanınan Meyadin TV-nin internet saytında məlumat verilib. Bildirilib ki, Hizbullah İsrailə məxsus PUA-nı yer-hava raketi ilə vurub.

Xəbərdə PUA-nın vurulmadan əvvəl Livan-İsrail sərhədi yaxınlığındakı Hunin və əl-Malikiye kəndləri üzərindən uçduğuna dair məlumatlar da paylaşılıb.

Bahadur Seyidov