Hamilə qalmaq üçün... - Hormon yoxlaması nədir? - Video



 09:53 03.11.2023     700

Hamilə qalmaq prosesi hər bir insanda fərqli ola bilər.

Bəziləri daha tez hamilə qala bildiyi kimi, bəzi qadınlarda bu daha gec baş verir. Bəzən aylar, illər sonra hamiləlik xəbərini alırlar. Lakin qeyd etmək lazımdır ki, gənc ailələrdə ilk 1 il ərzində hamiləliyin olmaması normal bir haldır. Hormon müayinələri üçün qan nümunələri səhər saatlarında acqarına götürülməlidir. Qan nümunəsinin götürülməsindən öncə fiziki və emosional gərginlik, fizioterapevtik prosedurlar, dərman preparatları (bu halda dərman qəbulunun dayandırılması qərarı müalicə həkimi tərəfindən qəbul edilir), spirtli içki və yağlı qida qəbulu yolverilməzdir.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Rəna İsmayılova / Demedia.az