Qəzzanı iki yerə böləcəklər



 13:00 03.11.2023     385

HƏMAS-ın oktyabrın 7-də səhər saatlarında başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab verən İsrail 28 gündür Qəzzanı bombalayır.

Demedia.az xəbər verir ki,  9 mindən çox insanın öldüyü Qəzzada qarşıdurmalar davam edərkən, ABŞ mətbuatında çıxan bir xəbər böyük əks-səda yaratdı. Xəbərdə İsrail əsgərlərinin Qəzzanın şimalını cənubdan ayırmaq üçün hücumlar təşkil etdiyi və Qəzzanın şimalını şimal, şərq və şimal-şərqdən mühasirəyə aldıqları yazılıb.
İsrailin Qəzzaya hücumları davam edərkən, The New York Times qəzetində dərc olunan bir xəbər də trend yaradıb. Təl-Əvivin qan donduran Qəzza planının yer aldığı xəbərdə İsrail əsgərlərinin Qəzzanın şimalını cənubdan ayırmaq üçün hücumlar təşkil etdiyi bildirilib.