Saçından tutaraq sürüklədiyi qadını vəhşicəsinə döydü - VİDEO



 22:05 03.11.2023     701

Türkiyənin Sivas şəhərində bir şəxs həyat yoldaşı olduğunu düşünən qadını küçənin ortasında saçından sürüyərək dəqiqələrlə döyüb.

Demedia.az xəbər verir ki,  hadisə gecə saat 23:00 radələrində Memar Sinan məhəlləsində, Şeyh Şamil küçəsində baş verib. Küçədə şəxsiyyəti hələlik müəyyən edilməyən kişi ilə qadın arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisədən sonra qadının əri olduğu zənn edilən şəxs tərəfindən uzun müddət döyüldüyü iddia edilib. Həmin anlar vətəndaşlar tərəfindən mobil telefon kameraları ilə lentə alınıb.

Səhnələrdə əlində bıçaqla görünən şəxsin qadını saçından sürüyərək təpik və şillə vurması, küçədəki mənzildən hadisəni izləyən bəzi vətəndaşların konservləri ataraq şübhəlinin qarşısını almağa cəhd etməsi, sonra isə qadını təpiklə vurması anları yer alıb. Vətəndaşlar tərəfindən razı qalan şübhəli isə qırmızı rəngli avtomobilə minərək hadisə yerindən qaçıb.

Digər tərəfdən, videoda döyülən qadının “mənə kömək edin, xahiş edirəm” qışqırması əks olunub.

Aysun / Demedia.az