Qəzzada ölənlərin sayı 9 mini ötdü



 14:29 03.11.2023     351

Oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsində indiyədək 9061 fələstinli ölüb.

Demedia.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyinin açıqlamasına görə,  onlardan 3760-ı uşaq, 2290-ı isə qadındır. 

Bundan başqa,  İsrailin  Cibaliye Qaçqınlar Düşərgəsinə hücumunda da ölən, yaralanan və itkin düşənlərin sayının minə yüksəldiyi bildirilib.

Məlumat üçün qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin 70 əməkdaşı hücum zamanı ölüb.

Bahadur Seyidov