ABŞ bu səbəbdən İsrailə əməliyyat komandosu göndərib



 14:43 03.11.2023     318

ABŞ İsrailə əsirlərin yerini tapmaqda kömək etmək üçün onlarla xüsusi əməliyyat komandosu göndərib.

Demedia.az xəbər verir ki, bu barədə  “The New York Times”  məlumat yayıb.

Pentaqonun xüsusi əməliyyatlara cavabdeh olan yüksək səviyyəli rəsmisi Kristofer Maier verdiyi açıqlamada, İsraildəki Amerika komandolarının HƏMAS-ın oktyabrın 7-də hücumları zamanı əsir götürülən 200-dən çox girovun tapılmasına kömək etdiyini bildirib.

Qeyd edilib ki, Dövlət Departamenti və ABŞ digər məhbusların xilas edilməsi üzrə ekspertlərlə birlikdə bölgədə işlərini gücləndirirlər.

Bahadur Seyidov