ABŞ İsrail-HƏMAS müharibəsində atəşkəsi dəstəkləmədi
Rəsmi Pentaqon İsrail-HƏMAs müharibəsində atəşkəsi dəstəkləmir.
Demedia.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü general Pat Rayder mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib: "Həmas-a yenidən qruplaşmaq və İsrail vətəndaşlarını və digərlərini təhlükə altına salmaq üçün vaxt verəcək atəşkəsi dəstəkləmirik".
O bildirib ki, ABŞ humanitar yardımın Qəzzaya daxil olmasını və əsirlərin və digər vətəndaşların tərk etməsinə icazə vermək üçün humanitar fasilənin tərəfdarıdır.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan da İsrail-Fələstin münaqişəsində atəşkəsi şərh edərək bildirib ki, əgərə bu baş verərsə, HƏMAs güclənəcək: "Münaqişədə istənilən fasilə HƏMAS-ın marağında olacaq. Bu, faktdır. Həmas bundan öz xeyrinə istifadə edəcək”.
Bahadur Seyidov