Məşhur cütlüyün maşınları da müsadirə  edildi



 15:19 03.11.2023     338

Sosial şəbəkədəki paylaşımlarından sonra çirkli pulların yuyulmasında ittiham edilərək saxlanılan məşhur türk fenomenlər Engin Polat və Dilan Polat cütlüyünə məxsus avtomobilləri polisə aparılıb.

Demedia.az xəbər verir ki,  İstanbul Maliyyə Cinayətləri Mübarizə İdarəsi qrupları Polat cütlüyünün Çekmeköydəki evlərindən və Ataşehirdəki şirkətlərindən 14 avtomobili müsadirə  edib.

Qeyd edək ki, cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.

Bir müdddət öncə Dilan Polatla ərinin var-dövləti müsadirə edilib. Cütlüyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.

Dilan Polat sonuncu dəfə qatıldığı “Müge ve Gülşenle 2.Sayfa” proqramında qızıl tozu qatdığı qəhvəni içməsi, eləcə də bəzən hər hansı ticarət mərkəzində gün ərzində 750 min TL xərcləməsini və hər ay 1 milyon TL-lik yardım etməsini açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, bunun ardınca Maliyyə Cinayətlərini İstintaq Şurası (MASAK) hərəkətə keçib. Qurumun hesabatında ikiliyə məxsus şirkətlər arasında şübhəli münasibətlərin olması və mövcud olmayan şirkətlərə hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışmaqları qeyd olunub.

Bahadur Seyidov