İkinci dopinq testi müsbət çıxdı - Futboldan uzaqlaşdırılır
Fransa millisinin və "Yuventus"un 30 yaşlı ulduzu Paul Poqbanın ikinci dopinq testi də müsbət çıxıb.
Demedia.az xəbər verir ki, fransız yarımmüdafiəçi tarixin ən böyük cəzası ilə üzləşib.
Poqba prokurorla razılığa gəlməyi seçməsə, apellyasiya şikayəti imkanı açıq olsa da, onu 4 illik futboldan uzaqlaşdırma gözləyir. “Yuventus” rəhbərliyinin də onunla müqaviləyə xitam verməyə hazırlaşdığı bildirilir.
Poqbanın barəsində qərar verilənədək onun məşq etməsi qadağan edilib. Fransız ulduz yalnız idman zalı və hovuzdan istifadə edə bilər və şəxsi məşqçisi ilə işləyəcək.
Bahadur Seyidov