Qaraciyəri məhv edən 10 Qida - Video



 09:07 04.11.2023     911

İnsanın ümumi rifahı qaraciyərin sağlamlığından asılıdır. Məhz buna görə də, ən böyük orqanımızın normal fəaliyyətinin qayğısına qalmaq lazımdır.

Qaraciyərin əsas funksiyası bunlardır: -Bağırsaqlardan qana sorulan bütün maddələri emal etmək; -Metabolik reaksiyalar nəticəsində orqanizmdə yaranan toksinləri zərərsizləşdirmək; -Toksinləri orqanizmdən xaric etmək; -Bədənə daxil olan dərmanların biotransformasiyasını təmin etmək;

Qaraciyəri məhv edən məhsullar bunlardır: Konservləşdirilmiş qidalar. Konservləşdirilmiş qidaların tərkibində yüksək miqdarda zərərli maddələr: yağ, sirkə və duz olduğu üçün qaraciyərə zərər vururlar. Konservləşdirilmiş qidalara, əksər hallarda, 2% və ya daha çox xörək duzu əlavə edilir. Məlum olub ki, 1 qutu konservləşdirilmiş balıq, ət və ya tərəvəz gündəlik natrium ehtiyacını ödəyir. Məhz buna görə də, mədə-bağırsaq sistemi problemləri, ürək-damar xəstəlikləri və sidik-ifrazat sistemi xəstəlikləri olan insanların konservləşdirilmiş qidadan uzaq durması tövsiyə edilir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az