Uşaqlıq sallanması ilə Hamilə qalmaq olarmı? - Video



 09:34 04.11.2023     594

Qarın bölgəsində sallanma əsasən bir neçə doğuş keçirən qadınlarda və yaxud həddindən artıq kök olub sonradan arıqlamış insanlarda rast gəlinir.

Bu xəstəlik də qadınlar arasında kifayət qədər yayılmış patologiyadır. Bəzi hallarda uşaqlıq yolunun enməsi və sallanması (düşməsi) ağır keçən doğuşlardan (mamalıq maşalarından istifadə edilməsi, aralığın çoxsaylı cırılmaları ilə keçən doğuşlar) sonra, doğuşdan az bir zaman keçməsinə baxmayaraq ağır fiziki işlərlə məşğul olan cavan qadınlarda, həm də cinsi orqanlarda yaşla əlaqədar olaraq yaranmış olan dəyişikliklər nəticəsində yaşlı qadınlarda da təsadüf edilir. Bu xəstəliyin əsas səbəbi – çanaq dibi və aralıq əzələlərinin cırılması, həmçinin daxili orqanları saxlayan bağların zəifləməsi və dartılmasıdır. Uşaqlıq yolunun enməsi - piylənmə, daim agır əşyaların qaldırılması ilə müşayiət edilən fiziki işlərlə məşğul olması nəticəsində də baş verə bilər.

Ginekoloq Şəhla Hüseynova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Şəhla Hüseynova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az