Ürəkdaxili cihazlar - Bunlara diqqət edin! - Video



 09:45 04.11.2023     624

Bu barədə daha ətraflı izah verim:  Ürəyə taxılan cihazın özü əslində sadəcə şəkildə göründüyü kimi dərinin altında, sağ körpücük altındakı cibdə yerləşir, ürəkdə isə o cihazdan çıxan tellər olur. Bəs onlar ürək açılmadan ürəyin içərisinə necə keçir? Əlbəttə ki, körpücük altında yerləşən damardan.

Ürəyə implantasiya edilən cihazlar gərəklilik durumuna görə 3 qrupa ayrılır: Ürək vurğularının sayını normal həddə saxlamaq üçün, gərəkli durumda artırmağa kömək edən Həyatı təhdid edən ritm pozulmalarının qarşısını almaq üçün daxildən şok verərək ani ölümün qarşısını alan Həm şok verib, həmdə ürək əzələsinin yığılma qabiliyyətinə köməklik göstərən cihazlar.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az