ABŞ-dən Ukraynaya yeni dəstək - 425 milyon dollarlıq yardım paketi ayırdı



 15:05 04.11.2023     308

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynaya 425 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.

Demedia.az xəbər verir ki, Pentaqonun verdiyi yazılı açıqlamaya görə, ABŞ-nin inventarında olan 125 milyon dollarlıq hərbi texnikanın Ukraynaya təhvil verilməsi ilə yanaşı, Ukrayna Təhlükəsizlik Təşəbbüsü (USAI) çərçivəsində 300 milyon dollarlıq hərbi yardım da veriləcək.

 Ümumi dəyəri 425 milyon dollar olan yardım paketində Milli Qabaqcıl Yerdən Havaya Raket Sistemləri (NASAMS), Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) üçün əlavə döyüş sursatları, 155 millimetr və 105 millimetrlik artilleriya mərmiləri, ABŞ inventarından TOW raketləri, Javelin və AT-4 “Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəməyə” yönəlmiş hərbi texnikanın, o cümlədən zirehli raket sistemlərinin və 3 milyondan çox kiçik silah sursatının və qumbaraatanların olduğu bildirilir.

ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada ABŞ-nin Ukraynaya dəstəyini təkrarlayıb: “ABŞ və 50-dən çox ölkənin koalisiyası Rusiya Ukraynadan qoşunlarını çıxarana, amansız hücumlarını dayandırana qədər Ukraynanın yanında olmağa davam edəcək”.

Bahadur Seyidov