Fələstinə dəstək verən futbolçu klubdan uzaqlaşdırıldı



 15:34 04.11.2023     297

Almaniyanın “Mainz 05” komandası daha əvvəl Fələstinə dəstək verdiyi üçün heyətdən kənarlaşdırılan futbolçusu Ənvər Əl Qazinin müqaviləsinə xitam verib.

Demedia.az xəbər verir ki, klubdan verilən açıqlamada Mərakeş əsilli 28 yaşlı holland futbolçunun sosial şəbəkədəki şərh və paylaşımlarından sonra müqaviləsinə xitam verildiyi qeyd edilib.

Qeyd edək ki, mərakeşəsilli 28 yaşlı hollandiyalı futbolçu paylaşımında Fələstinə dəstək verib və  heyətdən kənarlaşdırılıb. Bundan sonra klub rəhbərliyi danışıqlardan sonra Ənvər Əl Qazinin əfv olunduğunu açıqlayıb. İki gün əvvəl sosial media hesabında fikirlərinin üstündə durduğunu təkrarlayan hücumçunun müqaviləsinə bu gün xitam verilib.

Bahadur Seyidov