İsrail Hizbullaha xəbərdarlıq etdi: “Bizi sınamayın”
İsrailin baş naziri Benyamin Netanyahu Livan Hizbullaha xəbərdarlıq edib.
Demedia.az xəbər verir ki, İsrail Hizbullahın blokada altındakı Qəzza zolağında müharibəyə qarışmamasını bildirib.
"Düşmənimizə şimal (cəbhə) ilə bağlı təkrar edirəm. Bizi sınamayın. Bu sizə baha başa gələcək. Bu səhvin sizin təsəvvür belə edə bilməyəcəyiniz bir bahası olacaq".
İsrailin baş naziri Netanyahu, İsrailin Qəzzaya hücumlarında “müvəqqəti atəşkəs” olduğunu və Qəzzaya yanacağın girişinə icazə verilmədiyini təkrar edib.
Bahadur Seyidov