Bəyə yumurta bişirib kəndirlə gəlin maşını çəkdirdilər



 13:15 04.11.2023     543

Türkiyənin Bursa şəhərində toy məclisi zamanı dostları küçənin ortasında bəy üçün yumurta bişirərək kəndir bağladıqları gəlin maşını çəkiblər.

Demedia.az xəbər verir ki, İstanbulda yaşayan Aylin Çelikkol və Bursada yaşayan Mehmet Ulutaş Bursada keçirilən toyda evləniblər.

Mehmet Ulutaş toydan əvvəl İstanbuldan aldığı gəlinlə şəhərə gələndə məhəllədə onu gözləyən dostları onu təəccübləndirib. Gəlinin dostları gəlinin maşınının qarşısını kəsərək bəyi maşından endirərək küçədə yumurta bişirməyi tapşırıblar. Daha sonra rəfiqələri gəlinin maşınına kəndir bağlayaraq bəyə maşını çəkdiriblər. Həmin anlar kamera ilə lentə alınıb.

Aysun / Demedia.az