Humanitar yardım HƏMAS-ın əlinə keçib? - ABŞ
Qəzza zolağına göndərilən yardımın HƏMAS-ın ələ keçdiyinə və ya əngəllədiyinə dair heç bir sübut yoxdur.
Demedia.az xəbər verir ki, ABŞ-ın Yaxın Şərqdəki humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Devid Satterfild belə deyib. İordaniyanın paytaxtı Əmmanda jurnalistlərə açıqlama verən Satterfield, blokada altındakı Qəzza zolağının şimalından 1 milyona yaxın vətəndaşın bölgənin cənubuna köç etdiyini, lakin 400 minə yaxın insanın hələ də İsrailin şiddətli bombardmanı altında şimalda qaldığını bildirib.
Bahadur Seyidov