HƏMAS-dan Qəzzaya hücumlarla bağlı açıqlama



 21:18 04.11.2023     299

HƏMAS İsrailin Qəzza zolağında törətdiyi qırğınlara görə ABŞ Prezidenti Co Bayden və onun administrasiyasının məsuliyyət daşıdığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə HƏMAS yazılı açıqlama verib. Açıqlamada, İsrailin Qəzzanın şimalındakı mülki əhalinin sığındığı məktəbin ABŞ istehsalı olan pilotsuz uçuş aparatları ilə vurmasından sonra insanların evlərindən didərgin düşdüyü bildirilib.

Açıqlamada bildirilir ki, ABŞ Prezidenti Bayden və administrasiyası İsrailin köçkün uşaqların və qadınların sığındığı Əl-Fahura məktəbini hədəf alan silsilə qətliamlara görə məsuliyyət daşıyır.

Bahadur Seyidov