İsrail ordusu Qəzza şəhərinin şimal və qərbindən irəliləməyə çalışır



 21:48 04.11.2023     301

Mühasirəyə alınmış Qəzza sektorunu havadan intensiv şəkildə bombalayan İsrail ordusu Qəzza şəhərinin şimal və qərbindən irəliləməyə çalışır.

Demedia.az xəbər verir ki, quru əməliyyatlarını daha da genişləndirməyə çalışan İsrail ordusu artilleriya bölmələri, döyüş təyyarələri və döyüş gəmiləri ilə qurudan əraziləri bombalamağı intensivləşdirib. İsrailin Baş Qərargah rəisi Herzi Halevi İsrail əsgərlərinin Qəzza şəhərini mühasirəyə aldığını bildirib.

İsrail əsgərlərinin Qəzza zolağının şimalındakı mərkəzi ərazidə olduğunu bildirən Halevi bildirib ki,  ordu Qəzza şəhərini mühasirəyə alaraq irəliləməyə çalışır.

Bahadur Seyidov