İsrail qüvvələri 55 fələstinlini həbs edib



 22:26 04.11.2023     310

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə azı 55 fələstinlini həbs edib.

Demedia.az xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyi açıqlama verib. Açıqlamada, İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı basqınlar həyata keçirdiyi bildirilib. İsrail qüvvələrinin ikisi qadın olmaqla azı 55 fələstinlini saxladığı bildirilib.

Açıqlamada HƏMAS-ın hücumlarından sonra İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 2040-a yüksəldiyi qeyd edilib.

Bahadur Seyidov