Bayden və Trüdo Qəzzadakı hadisələri müzakirə etdi



 21:42 04.11.2023     281

Kanadanın baş naziri Castin Trüdo və ABŞ Prezidenti Co Bayden İsrailin Qəzzaya hücumlarından sonra Fələstində baş verən hadisələri müzakirə ediblər.

Demedia.az xəbər verir ki, bu barədə Kanadanın Baş Nazirliyi açıqlama verib. Açıqlamaya görə, Amerika İqtisadi Rifah Alyansı liderlərinin zirvə toplantısına qatılmaq üçün ABŞ-a səfər edən Trüdo sammit ərəfəsində Bayden ilə görüşüb.

Görüşdə tərəflər İsrailin blokada altındakı Qəzza zolağına hücumlarından sonra bölgədə baş verən son hadisələri müzakirə edərək, İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmə haqqını dəstəklədiklərini vurğulayıblar.

Bahadur Seyidov