Tunis Prezidenti Kays Səid İsraillə normallaşmanın əleyhinədir



 22:43 04.11.2023     319

Tunis Prezidenti Kays Səid İsraillə normallaşmanın əleyhinə olduğunu və ölkəsinin bu məsələdə mövqeyinin qəti olduğunu ifadə edib.

Demedia.az xəbər verir ki, o gündəliyində İsraillə normallaşma məsələsinin olmadığını ifadə edib. Tunisin bütün gücü ilə Fələstinin yanında olmağa davam edəcəyini vurğulayan Səid, "İşğal bitənə qədər Tunis Fələstinə hər cür dəstəyi verəcək. Fələstinlilərin işğala qarşı mübarizəsi məzlumların hüquqları uğrunda mübarizəsidir. İşğalçı dövlətlə hər cür münasibət qurmaq Fələstin xalqına xəyanətdir" deyə bildirib.

Bahadur Seyidov