Pentaqon İsrail ordusundan hesabat tələb etdi



 23:14 04.11.2023     303

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmilərinin Cibaliya qaçqınlar düşərgəsinə ilk hücumun səbəbləri ilə bağlı İsrail ordusundan izahat tələb etdiyi bildirilib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Politico” jurnalı Ağ Ev rəsmisinə istinadən xəbər verib. Bildirilib ki, Pentaqon İsrail ordusunun Qəzzanın şimalındakı Cibaliya qaçqınlar düşərgəsinə ilk hücumunun səbəbi barədə məlumat istəyib. Pentaqon həmçinin İsraildən mülki əhalinin zərər görməməsi üçün səy göstərməyi istəyib.

“Politico”ya danışan ABŞ Nümayəndələr Palatasının demokrat üzvü, Bayden administrasiyasının Cibaliya qaçqınlar düşərgəsinə edilən hücumdan sonra xüsusilə şəxsi görüşlərdə İsrail hökumətinə hücumları ləngitməsi üçün təzyiq etdiyini bildirib.

Bahadur Seyidov