Honduras İsraildəki səfirini geri çağırıb



 23:42 04.11.2023     359

Mərkəzi Amerika ölkəsi Honduras İsrailin Qəzzada davam edən hücumlarına görə Təl-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə Hondurasın xarici işlər Naziri Enrike Reina bildirib. O sosial media hesabındakı paylaşımında qeyd edib ki, Qəzza zolağında Fələstinli mülki əhalinin yaşadığı ciddi humanitar vəziyyətləri nəzərə alaraq, İsrail səfiri Roberto Martinez məsləhətləşmələr üçün ölkəyə çağırılıb.

Honduras Xarici İşlər Nazirliyi bundan əvvəl Birləşmiş Millətlər Təşkilatına təcili atəşkəs çağırışı edib və "İnsan haqlarına hər şəraitdə riayət edilməlidir” deyə bildirib.

Bahadur Seyidov