Zəncəfilin bu faydasını bilənlər ŞOK OLUR! - Video



 09:29 06.11.2023     734

Yeməklərə ləzzət qatan ədviyyat tibbi məqsədlərlə də istifadə edilir.

Qabığı soyulmuş təzə zəncəfili sürtgəcdən keçirərək, yaxud dilimləyərək, toz halındakı zəncəfili isə eynilə başqa ədvalar kimi yeməklərə əlavə etmək mümkündür. Soyuq suyun içinə qabığı soyulmuş təzə zəncəfil dilimləri atın və ağzını örtərək gözlədin. 30-40 dəqiqədən sonra zəncəfilli suyu içə bilərsiniz. Toz halındakı zəncəfili qaynar südə qataraq içmək faydalıdır. Zəncəfilli krem, zəncəfilli şampun isə kosmeteoloqların və ya dermatoloqların tövsiyəsi ilə istifadə edilir. Dünya mətbəxində zəncəfil ədva kimi daha məşhurdur. Müxtəlif ölkələrdə onu toyuq ətinin, mal ətinin, balıqların, hətta tərəvəzlərin bişirilməsində istifadə edirlər. Xüsusilə, hindlilər zəncəfilsiz, demək olar ki, heç nə bişirmirlər. Şorbalarının əksəriyyətinə zəncəfil qatan hindlilər plov və ya makaronlar üçün souslarında da ədvanı unutmurlar.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək zəncəfilin faydaları  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az