Alla Puqaçova Moskvanı tərk etdi
Keçmiş SSRİ-nin tanınmış müğənnisi Alla Puqaçova Moskvanı tərk edib.
Demedia.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Nəşr qeyd edib ki, müğənniyə yaxın mənbə məlumatı təsdiqləyib. Bildirilirb ki, o, sonuncu dəfə noyabrın 2-də Moskvaya gəlib və bir neçə gün sonra yenidən paytaxtı tərk edib. Sənətçinin hansı ölkəyə getdiyi açıqlanmayıb.
Qeyd edək ki, Puqaçova həyat yoldaşı Maksim Qalkin ilə Rusiya-Ukrayna müharibəsindən sonra İsrailə köçüb. Daha sonra müğənninin İsrail-HƏMAS müharibəsi başlayandan sonra övladları ilə birlikdə Kiprə köçdüyü haqda məlumatlar yayılmışdı.
Bahadur Seyidov