İsrailə dəstək verdiyi üçün onlar Baydenə səs verməyəcəklər



 14:43 06.11.2023     334

Müsəlman seçicilər Baydenin İsraili dəstəkləməsinə görə ona səs verməyi planlaşdırmırlar.

Demedia.az xəbər verir ki,  ABŞ-nin Miçiqan ştatında müsəlman seçicilər gələn il keçiriləcək prezident seçkilərində ABŞ prezidenti Co Baydenə səs verməyəcəklərini açıqlayıblar.

Səbəb Baydenin İsrailə qeyd-şərtsiz dəstəyidir. 

CNN-ə danışan müsəlman seçicilər ABŞ prezidenti Baydeni İsrail siyasətinə görə tənqid ediblər. Qəzzada minlərlə dinc sakinin öldüyü bir vaxtda İsrailə atəşkəs çağırışı etməyən Baydenin böyük xəyal qırıqlığı yaşadığı bildirilib.

Qeyd edək ki, Miçiqan ştatında 200 mindən çox müsəlman seçici var. 2024-cü il seçkilərində qalib gəlmək üçün Baydenin yenidən müsəlmanların səsinə ehtiyac duyacağı vurğulanır.

Bahadur Seyidov