Netanyahu bu zaman atəşkəs elan edəcək - Özü açıqladı



 15:19 06.11.2023     298

İsrail baş naziri Binyamin Netanyahu HƏMAS-la müharibədə  atəşkəs şərtini açıqlayıb.

Demedia.az xəbər verir ki, o,  bildirib ki,  əgər əsir və girovlar azad edilməsə,  atəşkəs elan etməyəcək.

“Biz bunu həm dostlarımıza, həm də düşmənlərimizə deyirik. Onları məğlub edənə qədər davam edəcəyik. Başqa alternativimiz yoxdur”, deyə o qeyd edib.

Baş nazir həmçinin  Ramon Hərbi Hava Qüvvələri bazasına baş çəkib, təyyarə heyətinin döyüş heyəti və yerüstü heyəti ilə görüşüb. Netanyahu F-16 döyüş təyyarələrinin istifadəsi ilə bağlı məlumat alıb.

Bahadur Seyidov