HƏMAS-la müharibədə  İsrail bu qədər ziyana düşəcək



 15:43 06.11.2023     294

Oktyabrın 7-dən HƏMAS-la müharibədə olan İsrailin Qəzzaya hücumlarının dəyərinin 200 milyard şekel (təxminən 51 milyard dollar) olacağı açıqlanıb.

Demedia.az  xəbər verir ki, İsrailin "Yediot Ahronot" qəzeti Maliyyə Nazirliyinin "müharibənin dövlət xəzinəsinə baha başa gəlməsi" ilə bağlı gözləntiləri ilə bağlı xəbər dərc edib.

 Müharibənin İsrail büdcəsinə xərcinin 200 milyard şekelə çatacağı təxmin edilsə də, bu məbləğin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 10 faizinə uyğun olduğu qeyd edilir.

 İsrailin müharibə vəziyyəti ilə bağlı gözləntilərinin yer aldığı xəbərdə qeyd edilib ki, hadisələr 8 aydan 1 ilə qədər davam edə bilər. 

Xəbərdə “şimal cəbhəsi” adlandırılan Livan sərhədində sıxlığın gözlənilmədiyi, 35 min ehtiyat əsgərin tezliklə xidmətə başlayacağı, hadisələrin “Yəmən və İrana yayılmayacağı” bildirilib.

Bahadur Seyidov