İsrail-HƏMAS müharibəsi heç kimin əli təmiz deyil - Obama



 16:24 06.11.2023     280

“Əgər problemi həll etmək istəyirsinizsə, o zaman bütün həqiqəti qəbul etməlisiniz”.

Demedia.az xəbər verir ki, bunu ABŞ-nin  keçmiş  prezidenti Barak Obama deyib. 

"Biz heç kimin əlinin təmiz olmadığını və hamımızın müəyyən dərəcədə şərik olduğumuzu qəbul etməliyik.  Bu qırğın qarşısında qərəzsiz olmaq mümkün deyil. Ümidli olmaq çox çətindir. Kədərli ailələrin və dağıntılar altından çıxarılan cəsədlərin görüntüləri hamımızı mənəvi haqq-hesab çəkməyə vadar edir", - deyə o qeyd edib.

Qeyd edək ki, Obama prezidentliyi dövründə Qəzzada HƏMAS ilə toqquşmalarda İsrailin özünümüdafiə haqqını tez-tez dəstəkləyib. Lakin hava zərbələri nəticəsində fələstinlilər arasında insan itkiləri artdığından o, İsraili mülayim olmağa çağırıb.

Obama administrasiyası İsrail və fələstinlilər arasında aparılan danışıqlarda sülh razılaşmasına nail olmağa çalışsa da,  uğursuz olub.

Bahadur Seyidov