“TikTok” 900 mindən çox videonu sildi
“TikTok” İsrail- HƏMAS müharibəsindən sonra platformadan 925 min videonu silib.
Demedia.az xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb. Qeyd edilib ki, videoların çoxu münaqişə bölgəsində çəkilib.
Şirkət həmçinin qeyd edib ki, 24 milyondan çox saxta hesabı və münaqişə ilə bağlı həştəqləri altındakı məzmuna yarım milyondan çox bot şərhini silib.
Qeyd edilib ki, şirkət dezinformasiya ilə güclü mübarizə aparır.
Bahadur Seyidov