İsrail HƏMAS-ın hərbi düşərgəsini ələ keçirdi



 13:30 06.11.2023     320

 

İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında Həmas hərbi düşərgəsinə nəzarəti ələ keçirib.

Demedia.az xəbər verir ki, bu barədə ölkə ordusunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, kompleksin ərazisində müşahidə məntəqələri, silahlılar üçün təlim meydançaları, həmçinin terrorçular üçün yeraltı tunellər var.

Qeyd edək ki,buna qədər İsrail Müdafiə Qüvvələri bir gündə Qəzza zolağında HƏMAS-ın 450 hərbi obyektinə hücum edib.