Livan ərazisindən İsrailə raket zərbəsi endirilib



 22:19 06.11.2023     350

Livan ərazisindən İsrailə raket zərbəsi endirilib.

Demedia.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib. Bildirilib ki, cavab olaraq atəş açılan nöqtələr artilleriya atəşi ilə hədəfə alınıb. Hücumda can itkisinin olub-olmadığı ilə bağlı məlumat verilməyib. HƏMAS-ın Livandakı hərbi qanadı “İzzəddin Qəssam Briqadaları”nın açıqlamasına görə, İsrailin Qəzzada dinc əhaliyə qarşı törətdiyi qırğına görə Livandan İsrailə doğru 16 raket atılıb.

Livanın rəsmi agentliyi “NNA”ın xəbərinə görə, İsrail ordusunun artilleriya birlikləri Blida və Meys əl-Cebel qəsəbələrinin ətrafını hədəfə alıb.

Bahadur Seyidov