Cənubi Afrika İsraildəki bütün diplomatlarını geri çağırıb



 22:58 06.11.2023     358

Cənubi Afrika İsrailin Qəzzaya hücumlarından sonra Tel-Əvivdəki bütün diplomatlarını geri çəkməyə qərar verib.

Demedia.az xəbər verir ki, Prezidentin rabitə və texnologiya naziri Khumbudzo Ntshavheninin açıqlamasına görə, İsrailin Qəzzada məktəb və xəstəxanaları bombalaması və humanitar keçidləri bağlamasının Cənubi Afrika hökumətinin etirazına səbəb olub.

"Cənubi Afrika hökuməti məsləhətləşmələr üçün Tel-Əvivdən bütün diplomatlarını geri çəkməyə qərar verib", - Ntshavheni bildirib.

Bahadur Seyidov