Qəzzada humanitar fəlakət yaşanır - Çin



 23:28 06.11.2023     352

İsrailin Qəzzaya hücumları zamanı mülki əhalinin verdiyi itkiləri nəticəsində humanitar fəlakət yaşanır.

Demedia.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin belə açıqlama verib. Münaqişənin 11 mindən çox insanın ölümünə səbəb olduğuna və Fələstin tərəfində mülki itkilərin artdığına diqqət çəkən Vanq bildirib ki, beynəlxalq ictimaiyyət belə faciənin davam etməsinə imkan verməməlidir.

Vanq Vinbin Çinin mülki şəxslərə və mülki obyektlərə zərər vuran və beynəlxalq humanitar hüququ pozan hərəkətlərə qarşı olduğunu bəyan edib.

Bahadur Seyidov