Müsbət nəticə verən müalicə - Hormon Pozitif Süd Vəzi Xərçəngi - Video



 09:55 07.11.2023     663

Süd vəzisi xərçənginin müalicəsi üçün qrup işi lazımdır.

Bu qrupun içində xəstənin əməliyyatını həyata keçirən ümumi, cərrah xemoterapiya tətbiq edən onkoloq, şüa müalicəsini həyata keçirən radiasiya onkoloqu, diaqnoz qoyulmasını təmin edən radioloq və patoloq ilə birlikdə xəstəyə yeni süd vəzisi düzəltmək üçün plastik cərrah olmalıdır. Süd vəzisi xərçəngi sadəcə xəstəyə deyil, ətrafındakı insanlara da psixoloji anlamda vacib dərəcədə təsir edən bir problemdir. Belə bir həkimlər qrupunun içində psixoloji dəstək verən bir psixoloq və ya psixiatr da olmalıdır. Süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biridir. Süd vəzi xərçəngi rast gəlinən qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin daha gənc qadınlarda da süd vəzi xərçənginə rast gəlinə bilər. Erkən mərhələdə aşkarlandıqda müalicə ilə sağalma şansı yüksəkdir. Bu səbəbdən qadınların mütəmadi olaraq süd vəzilərini yoxlamaları və hər hansı dəyişiklik olduqda mütləq müayinələrdən keçməlidirlər.

Ankoloq-Mammoloq İndira Səfərova mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Ankoloq-Mammoloq İndira Səfərova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az