Bu, Hakan Fidanın ABŞ-a vurduğu ilk qol deyil



 15:00 07.11.2023     438

ABŞ dövlət katibi Antoni Blinken Ankarada xarici işlər naziri Hakan Fidan ilə 2,5 saatlıq zirvə toplantısı keçirərkən, görüş zamanı çəkilən fotodakı detal böyük təsir bağışlayıb.

Demedia.az xəbər verir ki,Görüş zamanı Blinken Ay-ulduzda Məscidül-Əqsanı təsvir edən heykəlciyin yanında oturarkən görüntülənib. Gündəmə bomba kimi düşən bu foto çərçivə 16 iyun 2023-cü ildə nazir Fidanın ABŞ-ın Ankaradakı səfiri Ceff Flake ilə görüşünün təfərrüatını yada saldı.2012-ci ildə o vaxtkı ABŞ prezidenti Obama Rəcəb Tayyib Ərdoğanla görüşərkən əlində beysbol çubuğu ilə şəkil çəkdirmişdi. Bu kadr o vaxtlar çox danışılıb, müzakirə olunub. Aradan illər keçsə də, bu hadisə unudulmayıb. 16 iyun 2023-cü il tarixində ABŞ-ın Ankaradakı səfiri Ceff Flake Xarici İşlər Naziri Hakan Fidanı ziyarət etdi. Bu səfər zamanı stolun üstündə beysbol topu olduğunu gördük. Hakan Fidanın burada verdiyi mesaj çox açıq idi: Yarasa sizdə, amma top kimindir?

Bahadur Seyidov