Sürücü kapotu açanda baş verənlərə təəccübləndi - VİDEO



 23:09 07.11.2023     829

Türkiyənin Karabük şəhərinin Safranbolu rayonunda hərəkətdə olarkən alovlanan avtomobil təhlükəsizlik kamerasına düşüb.

Demedia.az xəbər ki, hadisə Sanayi qovşağında baş verib. Adı məlum olmayan sürücünün idarə etdiyi 78 BK 647 dövlət nömrə nişanlı avtomobili idarə edərkən qəflətən mühərrik hissəsindən tüstü çıxmağa başlayıb. Avtomobilini yolun kənarında saxlayan sürücü kapotu açanda başına gələnlərə təəccüblənib. Böyük təşviş içində ətrafdan kömək istəyən sürücünün köməyinə ticarətçi gəlib. Həmin anlar iş yerinin təhlükəsizlik kamerasına əks olunub.

Maddi ziyana səbəb olan yanğının səbəbinin yanacaq şlanqının olduğu öyrənilib.

Aysun / Demedia.az