Ərəb Liqası İsrailli nazirin nüvə təhdidinə reaksiya verdi



 20:05 07.11.2023     315

Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt bəyan edib ki, İsrailin ifrat sağçı İrs naziri Amihai Eliyahunun Qəzza zolağında nüvə bombası istifadə edilə biləcəyi ilə bağlı təhdidlərinə əhəmiyyət verməmək olmaz.

Demedia.az xəbər verir ki, Ərəb Liqasının açıqlamasına görə, Əbu Qayt Eliyahunun Qəzzaya qarşı nüvə bombası təhdidi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş və Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Juna mesaj göndərib.İsrailin ifrat sağçı nazir Eliyahunun Qəzza zolağına qarşı atom bombası təhdidinə böyük narahatlıqla baxdıqlarını vurğulayan Əbu Qayt, Qəzzada 2 milyondan çox fələstinlinin yaşadığını xatırladıb.

Bahadur Seyidov