İsrail-Livan sərhədində gərginlik davam edir


İsrail-Livan sərhədində gərginlik davam edir.
Demedia.az xəbər verir ki, İsrail ordusu sözçüsünün açıqlamasına görə, Livandan İsrail hava məkanına girməyə çalışan PUA-nın qarşısı alınıb. Açıqlamada Aramşe bölgəsində İsrail əsgərlərinin atəşə tutulduğu Livan ərazisinə artilleriya atəşi ilə cavab verdiyi bildirilib.
Qeyd edək ki, HƏMAS-ın hücumundan sonra Hizbullah ilə İsrail ordusu arasında baş verən qarşıdurmalarda 63 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.
Bahadur Seyidov