Yunanıstan bayrağının yanında Fələstin bayrağı asan nümayişçi saxlanılıb



 20:08 07.11.2023     288

Yunanıstanın paytaxtı Afinada keçirilən Qəzzaya dəstək nümayişində Parlament binası qarşısında Yunanıstan bayrağının yanında Fələstin bayrağı asan nümayişçi saxlanılıb.

Demedia.az xəbər verir ki, Yunanıstan Polis Xidmətinin açıqlamasına görə, 22 yaşlı Fələstin vətəndaşın nəzarətə alınıb.“Kathimerini “qəzetinin məlumatına görə, fələstinli nümayişçi Yunan dövlətinin xarici dövlətlə dostluq əlaqələrini pozmaq təhlükəsi yaratmaqda ittiham olunur.

Qeyd edək ki, Afinanın Sintaqma meydanına toplaşan aksiya iştirakçıları əvvəlcə Fələstinə dəstək məqsədi ilə təşkil edilən konserti dinləyib, daha sonra İsrailin Afinadakı səfirliyinə doğru yürüş təşkil edib.

Bahadur Seyidov