İsraili dəstəkləyən Qərb şirkətləri barədə fətva verildi



 20:15 07.11.2023     295

Liviya Fətva İdarəsi Qəzzaya hücumlar həyata keçirən İsrailə dəstək verən şirkətləri boykot etməyə çağıran fətva verib.

Demedia.az xəbər verir ki, Liviya Fətva Təşkilatı İsrailin Fələstini işğalına dəstək verən Qərb şirkətlərinin botkot edilməsi barədə çağırış edib. Fətvada “Müsəlman dövlətləri və millətləri Qəzzaya hər cür dəstəyi versinlər” çağırışı edilib. Fətvada Qəzzanı dəstəkləməyin bütün müsəlmanlar üçün “borc” olduğu vurğulanıb.

“İsraili boykot etmək, pul və silahla təmin etmək, iqtisadi və diplomatik mübarizə aparmaq, etiraz etmək və digər müasir vasitələrdən istifadə etmək Fələstinə dəstək sayılır” - fətvada deyilir.  

Bahadur Seyidov