Əfqanlar Paksitanın tələbindən sonra ölkəni  tərk etdilər



 16:18 07.11.2023     280

Pakistan administrasiyasının repatriasiya qərarı nəticəsində ölkələrinə qayıdan əfqanların sayı 300 mini keçib.

Demedia.az xəbər verir ki, Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid qeyd edib ki, Pakistan administrasiyasının qərarından sonra iki ölkə arasında yerləşən Nangerhar əyalətindəki Torkham və Qəndəhar əyalətindəki Spin Boldak sərhəd qapılarından Əfqanıstana qayıdan vətəndaşların sayı 300 mini keçib.

O, gələnlərin sağlamlıq yoxlamalarından keçirildiyini, şəxsiyyətlərinin yoxlanıldığını və bu müddət ərzində bütün ehtiyaclarının ödənildiyini bildirib.

Qeyd edək ki, Pakistan hökuməti sənədsiz immiqrantların noyabrın 1-dək ölkəni tərk etmələrini tələb etmişdi. Pakistanda əsasən əfqanlardan ibarət 1,7 milyondan çox qeyri-qanuni mühacir var.

Bahadur Seyidov