ABŞ İsraillə atəşkəs danışıqları aparmaq istəyir



 20:48 07.11.2023     328

Ağ Evin Milli Təhlükəsizlik Şurası Amerika Birləşmiş Ştatlarının Qəzzada atəşkəs elan olunması üçün İsraillə danışıqlar aparacağını açıqlayıb.

Demedia.az xəbər verir ki, Şuranın  strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, bu məsələdə ABŞ İsraillə vasitəçilik etmək və danışıqlar aparmaqda qərarlıdır.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailin “Fələstinlilərdən qisas alması və onların müqəddəs dəyərlərini, xüsusən də Məscidi davamlı şəkildə pozması” səbəbi ilə genişmiqyaslı hücuma keçib. Tərəflər arasında müharibə davam edir. İsrail Qəzzadan həyata keçirilən hücumlarda 315-i əsgər olmaqla 1400-dən çox israillinin öldüyünü, 5132 nəfərin isə yaralandığını açıqlayıb. Qəssam Briqadaları isə 242 israilli məhbusu saxlayır.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzaya verdiyi məlumata görə, İsrailin hücumları nəticəsində 4 min 104-ü uşaq, 2 min 641-i qadın olmaqla 10 min 22 fələstinli həyatını itirib, ən azı 25 min nəfər isə yaralanıb.

Bahadur Seyidov