6-cı dəfə toplanan BMT yenə də yekun qərar ala bilmədi



 21:42 07.11.2023     470

BMT Təhlükəsizlik Şurası Qəzzada yenidən razılığa gələ bilməyib.

İsrail-HƏMAS müharibəsindən bu yana 6 dəfə toplanan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) yenə razılığa gələ bilməyib.

Demedia.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkdakı mənzil-qərargahında qapalı iclası keçirilib. Görüşdən sonra mətbuata açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, hələ də razılıq əldə olunmayıb.

 Vud bildirib ki, iclasda münaqişədə atəşkəs məsələsi gündəmə gətirilib, lakin Şura qarşısında bu məsələ ilə bağlı hələ də müxtəlif fikirlər olduğu üçün yekun qərar alınmayıb.

Bahadur Seyidov